[b]“Real”a növbəti ağır zərbə[/b]
11.11.2017 - 10:33
[b]“Real”a növbəti ağır zərbə[/b]

“Real”ın hücumçusu Qaret Beyl yenidən sıradan çıxıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, uelsli futbolçu bu dəfə məşqdə zədələnib.

 

“Kral klubu”nda formasını bərpa etməsi üçün Uels yığmasına çağırılmayan Beyl dünənki məşq zamanı sol ayağında ağrılar hiss edib. Həkim müayinəsindən sonra ulduz futbolçunun əzələsində yırtıq aşkarlanıb. İspaniya KİV-i Beylin təxminən 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağını yayıb.

 

Qeyd edək ki, Qaret Beyl zədələr ucbatından bu mövsüm La Liqada 5, Çempionlar Liqasında isə 2 matçda iştirak edib, ümumilikdə 3 qol vurub.