“Real”ın ulduz futbolçusu Luka Modriç vergidən yayınmaqda ittiham edilir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Xorvatiya millisinin üzvü həbsə düşməmək üçün istintaqla əməkdaşlığa razılıq verib.
Belə ki, 33 yaşlı yarımmüdafiəçi 2013 və 2014-cü illərdə ümumilikdə 870 min avro dəyərində vergi haqqını ödəməməkdə günahlandırılır. Bunun cəriməsinin 1 milyon avro olması gözlənilir. Futbolçu isə həbsə düşməmək və məsələnin tezliklə qapanması üçün bu məbləği İspaniya vergi orqanlarına ödəməyə hazırdı.
Qeyd edək ki, “Real”ın digər futbolçuları Kriştianu Ronaldo və Marselo da vergidən yayındıqları üçün cərimələnmişdilər.