[b]“Real”ın futbolçusu vergidən yayındığını etiraf etdi[/b]
29.11.2017 - 11:47
[b]“Real”ın futbolçusu vergidən yayındığını etiraf etdi[/b]

Madrid “Real”ının müdafiəçisi Marselo vergidən yayınmaqda ittiham edilib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, braziliyalı futbolçu bu səbəbdən Madriddə məhkəmə qarşısına çıxıb.

 

Özünü müdafiə üçün cəmi 10 dəqiqə vaxt sərf edən ulduz futbolçu ittihamları qəbul edib. Belə ki, 2013-cü ildə vergidən yayındığını boynuna alan Marselo həmin məbləği ödəyəcəyini söyləyib. Bununla da o, rəsmi prosesin başlamasının qarşısını alıb. Braziliya millisinin üzvü 490 min 917 avroluq vergi borcunu bu günlərdə ödəyəcək.

 

Qeyd edək ki, “Real”ın digər futbolçusu Kriştianu Ronaldo vergidən yayınmaqla bağlı ittihamları rədd etdiyi üçün barəsində məhkəmə prosesi başladılıb.