“Real”ın yarımmüdafiəçisi ümumi qrupda məşqlərə başladı
20.02.2015 - 00:01
“Real”ın yarımmüdafiəçisi ümumi qrupda məşqlərə başladı

“Real”ın yarımmüdafiəçisi Luka Modriç zədəsini sağaldıb. Apasport.az saytının məlumatına görə, xorvatiyalı futbolçu ümumi qrupda məşqlərə başlayıb.

 

Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində səfərdə “Şalke”ni 0:2 hesabı ilə məğlub edən Madrid klubu ötən gün istirahət vermədən hazırlığa start verib. Qarşılaşmada iştirak etmiş futbolçular trenajor zalında məşq edib.

 

Xatırladaq ki, Modriç Xorvatiya yığmasının heyətində noyabr ayında dizindən zədələnib.