[b]“Real”ın zədəlisi qayıtdı[/b]
26.02.2018 - 19:17
“Real”ın yarımmüdafiəçisi Marko Asensio sıraya dönüb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc futbolçu artıq kollektivə qoşulub.
Yüngül zədəsi olduğu və ağıl dişini çəkdirdiyi üçün La Liqanın XXV turunda “Alaves”lə (4:0) qarşılaşmanı buraxan Asensio komandanın bugünkü məşqində iştirak edib. 21 yaşlı futbolçu La Liqanın növbəti turu çərçivəsində “Espanyol”la sabahkı qarşılaşmada məşqçilər korpusunun ixtiyarında olacaq.
Qeyd edək ki, Marko Asensio bu mövsüm La Liqada keçirdiyi 21 oyunda 6 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0