“Rədd ol, get “Xəzər”dən!”
27.04.2014 - 20:28
“Rədd ol, get “Xəzər”dən!”

Topaz Premyer Liqasının XXXII turunda “İnter”ə 0:3 hesabı ilə uduzan “Xəzər Lənkəran” klubunun azarkeşləri baş məşqçi Mustafa Dənizlini yenə istefaya çağırıb. “Şəfa” stadionunda keçirilən oyunda cənub təmsilçisinin tərəfdarları türkiyəli mütəxəssislə yanaşı, futbolçuları da hədəfə alıblar. Fanatlar əsasən qışda transfer edilən Slavik Alxasovdan narazı qalıblar. Futbolçunun ünvanına “Rədd ol, get “Xəzər”dən” şüarı səsləndirən azarkeşləri “ağ-yaşıllar”ın legioner Mbilla Etame sakitləşdirməyə çağırıb. Fanatların yer aldığı tribunaya yaxınlaşan Mbilla onların sakitləşməsini istəyib.