[b]“Rəvan” yeni transferi ilə yollarını ayırdı[/b]
20.08.2015 - 08:25
[b]“Rəvan” yeni transferi ilə yollarını ayırdı[/b]

“Rəvan” yay fasiləsinin son günlərində heyətinə qatdığı futbolçulardan biri ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, Mindauqas Kalonas artıq komandanın düşərgəsini tərk edib.

 

Samuel Barlay və Şeriff Suma ilə birlikdə yenidən paytaxt klubuna dönən litvalı yarımmüdafiəçinin hazırkı durumu baş məşqçi Emin Quliyevi qane etməyib. Gənc mütəxəssis həm artıq çəkidən əziyyət çəkən, həm də oyun praktikası az olan 31 yaşlı futbolçuya Premyer Liqanın ilk 2 turunda da şans verməmişdi. Quliyev rəhbərliyə Kalonasa ehtiyacının olmadığını bildirib və futbolçunun müqaviləsi qarşılıqlı razılıqla ləğv edilib.

 

Qeyd edək ki, Mindauqas Kalonas 2013-cü ildə “Rəvan”ın formasını geyinib. O, ölkəmizdə “Bakı” və “Simurq”da da çıxış edib.