Yenidən Premyer Liqada çıxış edəcək “Rəvan” komandasını kimin çalışdıracağına rəsmən aydınlıq gəlib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, “aslanlar” yüksək dəstədə mübarizəyə yeni baş məşqçi ilə qoşulacaqlar.
Belə ki, Ramil Əliyevlə yola davam etməməyə qərar verən “Rəvan” rəhbərliyi komandanı Azərbaycan yığmasının sabiq futbolçusu Emin Quliyevə tapşırıb.
Vaxtilə “Xəzər Lənkəran”da köməkçi-məşqçi vəzifəsini yerinə yetirən Quliyevin paytaxt klubuna baş məşqçi təyin olunacağı dəqiqləşsə də, onunla rəsmi müqavilə sabah imzalanacaq.
Tərəflər arasında neçə illik müqavilə bağlanılacağına da sabah aydınlıq gələcək.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ