[b]“Roma” – “Qarabağ” oyununda boş tribunalar[/b]
04.12.2017 - 09:56
[b]“Roma” – “Qarabağ” oyununda boş tribunalar[/b]

Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək “Roma” – “Qarabağ” matçına maraq gözləniləndən azdı. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, görüş meydan sahibləri üçün əhəmiyyətli olsa da, azarkeşlər belə düşünmürlər.

 

Çünki sabah baş tutacaq qarşılaşmada Roma Olimpiya Stadionunun tribunalarının çox hissəsinin boş qalacağı proqnozlaşdırılır. Yerli KİV 70 minlik arenaya maksimum 30 min azarkeşin gələcəyini düşünür. Buna səbəb kimi matçın iş gününə təsadüf etməsi göstərilir.

 

Bundan narahat olan “canavarlar”ın rəhbərliyi azarkeşləri stadiona cəlb etmək üçün müxtəlif variantlara əl atır. Hətta baş məşqçi Eysebio Di Françesko da fanatlara səslənərək, onları vacib oyuna dəvət edib: “Biz istəyirik ki, birlikdə qələbə qazanaq və mahnı oxuyaq. Gözəl Çempionlar Liqası macərasını davam etdirmək üçün “Qarabağ”la qarşılaşmada sizin dəstəyinizə ehtiyacımız var. Hamınızı stadionda görmək istəyirəm”.

 

Qeyd edək ki, saba keçiriləcək “Roma” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə 23:45-də start götürəcək.