[b]“Roma” Manolasla anlaşa bilmir[/b]
09.11.2017 - 01:43
[b]“Roma” Manolasla anlaşa bilmir[/b]

UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Roma” müdafiəçi Kostas Manolasla müqaviləni uzatmaq istəyir. Apasport.az saytının məlumatına görə, ancaq yunanıstanlı futbolçu ilə razılığa gəlmək mümkün olmur.

 

Belə ki, 26 yaşlı futbolçu yeni anlaşmasında sərbəst qalmaq məbləğini dəqiq bildirilməsini istəyir. Ancaq “canavarlar” bu şərtlə razılaşmırlar. Belə ki, romalılar oyunçunun növbəti satışı zamanı qiyməti özləri təyin etmək istəyirlər.

 

Qeyd edək ki, “Roma”ya 2014-cü ildə “Olimpiakos”dan gələn Manolas İtaliya təmsilçisinin heyətində meydana çıxdığı 107 oyunda 4 qola imza atıb.