[b]“Roma”nın “Qarabağ”la görüşdə büdrəməsini gözləməliyik” - Simeone[/b]
23.11.2017 - 13:54
[b]“Roma”nın “Qarabağ”la görüşdə büdrəməsini gözləməliyik” - Simeone[/b]

“Vacib qələbə qazandıq. Bunun sayəsində növbəti mərhələyə adlamaq şansımız qalmaqdadı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Atletiko”nun baş məşqçisi Dieqo Simeone deyib.

 

Çempionlar Liqasında “Qarabağ”la birlikdə C qrupunda mübarizə aparan madridlilər “Roma” üzərində vacib qələbə qazanıblar. İspaniya klubu Antuan Qrizmann və Kevin Qameyronun qolları sayəsində aktivinə 3 xal yazdırıb.

 

Matçla bağlı İspaniya mətbuatına açıqlama verən Simeone artıq bütün diqqəti dekabrın 5-də “Çelsi” ilə səfərdə keçiriləcək oyuna yönəldəcəklərini bildirib. O, “Roma” – “Qarabağ” matçında qeydə alınacaq nəticənin də onlar üçün önəmli olduğunu vurğulayıb: “Açığı, bu görüş Romadakı qarşılaşmadan elə də fərqlənmədi. Sadəcə, Qrizmann və Qameyro əlinə düşən imkanlardan lazımınca faydalandı. Bu gün Fernando Torres də yaxşı oynadı. Artıq bu matçı unutmalıyıq. İndi Londonda qalib gəlməli və “Roma”nın “Qarabağ”la görüşdə büdrəməsini gözləməliyik. Başqa variantımız yoxdu”.

0