[b]“Roma”nın müdafiəçisi ÇL-lə bağlı hədəflərindən danışdı[/b]
10.11.2017 - 15:51
[b]“Roma”nın müdafiəçisi ÇL-lə bağlı hədəflərindən danışdı[/b]

“Atletiko” ilə ilk oyun mənim üçün xüsusi idi. Çünki bu matçda uşaqlıq arzum gerçəkləşdi”. Apasport.az saytının məlumatına görə, bunu “Roma”nın müdafiəçisi Juan Jesus deyib.

 

Braziliyalı futbolçu İtaliya mətbuatına açıqlamasında komandasının Çempionlar Liqasının qrup mərhələsindəki şanslarını dəyərləndirib. Juan hazırda lider olduqları C qrupundakı mövqelərini sona qədər qoruyacaqlarına inanır: “Həm A seriyasında, həm də Çempionlar Liqasında oyun səviyyəmizi artırırıq. “Fiorentina” ilə matçda da bacarığımızı nümayiş etdirdik. Çempionlar Liqasında “Çelsi” ilə çətin matçlardan üzüağ çıxdıq. Hətta onları səfərdə də məğlub edə bilərdik. Qrupda daha iki oyunumuz qalır. Həm “Atletiko”, həm də “Qarabağ”la oyun bizim üçün çox önəmlidi. Bununla belə, bütün rəqiblərimizi məğlub edəcək gücdə olduğumuzu artıq sübut etmişik. Məqsədimiz də son iki matçda qələbə qazanıb, qrupu lider kimi tamamlamaqdı”.

 

Qeyd edək ki, “Roma” qrup mərhələsində son matçını dekabrın 5-də “Qarabağ”a qarşı keçirəcək.

0