[b]“Rudar”ın futbolçusu: Bakıdakı kimi intizamlı oynasaq…[/b]
21.07.2015 - 16:55
[b]“Rudar”ın futbolçusu: Bakıdakı kimi intizamlı oynasaq…[/b]

“Qarabağ” sürətli oyunçularının hesabına ilk dəqiqələrdən bizi təzyiq altına salmağa çalışacaq. Bunu Bakıda edə bilmədilər. Hesab edirəm ki, Petrovatsda da rəqibə imkan verməyəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Monteneqronun “Rudar” klubunun futbolçusu Radule Jivkoviç deyib.

 

Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində sabah “Qarabağ”la cavab görüşünə çıxacaq “Rudar”ın müdafiəçisi ölkəsinin mətbuatına açıqlama verib.

 

O bildirib ki, Bakıdakı görüşdəki (0:0) kimi intizamlı oynasalar, mərhələ adlaya bilərlər: “Oyundan öncə komandada emosiyalar yüksəkdi. Doğma meydan amilindən yararlanmalıyıq. Düzgün yolda olduğumuzu düşünürəm. Daha bir yaxşı oyun keçirəcəyik. Əgər Bakıdakı kimi intizamlı oynasaq, istəyimizə nail ola bilərik. Bununla Monteneqro futbolunda tarix yazmış olacağıq”.

 

Jivkoviç “Qarabağ”ın favorit olduğunu bildirsə də, sona qədər mübarizə aparacaqlarını vurğulayıb: “Bilirik ki, çox güclü komandaya qarşı oynayacağıq. Ehtiyatı bir dəqiqə də olsun, əldən vermək olmaz. “Qarabağ” favorit olaraq qalır. Ancaq futbolda bu, böyük rol oynamır. Cütün taleyi meydanda həll olunacaq. Biz döyüşməyə hazırıq”.