[b]“Şanslardan istifadə edə bilməyəndə...” - Miltinyo[/b]
16.09.2016 - 09:26
[b]“Şanslardan istifadə edə bilməyəndə...” - Miltinyo[/b]

“Yaxşı oyun oldu, biz də yaxşı çıxış etdik. Amma belə qarşılaşmalarda nəticəni kiçik detallar həll edir”. Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Milton Luis Ziller Junior deyib.

 

Kolumbiyada keçirilən dünya çempionatının qrup mərhələsində İspaniyaya (2:4) məğlub olan komandamız 2 turdan sonra turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

 

Matçdan sonra təşkil edilən mətbuat konfransında Miltinyo məğlubiyyətin səbəbini belə izah edib: “Oyunun nəticəsini müəyyənləşdirən əsas amil ispanların bizə nisbətən yaradılan qol epizodlarından daha dəqiq yararlanması oldu. Əldə etdiyimiz şanslardan istifadə edə bilməyəndə, dərhal rəqibin ciddi təzyiqi ilə üzləşirdik”.

0