[b]“Şaxtyor” millimizlə oyunöncəsi qələbə qazandı[/b]
20.02.2015 - 01:40
[b]“Şaxtyor” millimizlə oyunöncəsi qələbə qazandı[/b]

Millimizlə yoxlama görüşündə üz-üzə gələcək Ukrayna “Şaxtyor”u təlim-məşq toplanışının 3-cü mərhələsinə start verib. Apasport.az saytının məlumatına görə, Donetsk təmsilçisi Antalyada ilk yoxlama matçında qüvvəsini sınayıb.

 

Mirça Luçeskunun yetirmələri Qazaxıstanın "Atırau" klubu ilə qarşılaşıb. Görüşdə “Şaxtyor” 1:0 hesabı ilə qələbə qazanıb. Matçda vurulan yeganə qola braziliyalı müdafiəçi İsmaili imza atıb.

 

Qeyd edək ki, Azərbaycan – “Şaxtyor” oyunu fevralın 24-də keçiriləcək.