[b]“Səbail” – “Qarabağ” oyunu təxirə salındı[/b]
05.09.2017 - 18:12
[b]“Səbail” – “Qarabağ” oyunu təxirə salındı[/b]

“Qarabağ” Peşəkar Futbol Liqasına (PFL) müraciət edib. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, ölkəmizi qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında təmsil edən “Qarabağ” ilk oyuna daha yaxşı hazırlaşmaq məqsədi ilə Premyer Liqanın IV turunda  “Səbail”lə matçın başqa tarixə keçirilməsini istəyib.

 

Bunu və qarşı tərəfin razılıq məktubunu nəzərə alan qurum sentyabrın 8-nə nəzərdə tutulan “Səbail” – “Qarabağ” matçını dekabrın 8-nə keçirib.

0