Azərbaycan Premyer Liqasının XVII turunda “Səbail” “Qəbələ”ni qəbul edib. Apasport.az saytının məlumatına görə, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda qonaqların yeganə qoluna imza atan Baqali Dabo bu komanda ilə 5-ci oyunda 6-cı dəfə fərqlənib.
O, bu qollardan 5-ni Premyer Liqa, birini isə ölkə kuboku uğrunda oyunda vurub.
Qeyd edək ki, Dabo “Səbail”lə oynadığı 5 oyunun 4-də qol sevinci yaşayıb.
2017/18 mövsümü
17.09.2017. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:3
Qollar: Vüqar Nadirov, 56 - Baqali Dabo, 42, 90+3; Asif Məmmədov, 60
04.11.2017. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:1
Qollar: Famussa Kone, 16; Baqali Dabo, 29; 83 - Eltun Yaqublu, 88
11.12.2017. Azərbaycan kuboku. “Qəbələ” – “Səbail” – 1:0
Qol: Stiven Monroz, 59
15.12.2017. Azərbaycan kuboku. “Səbail” – “Qəbələ” – 2:4
Qollar: Adrian Popoviçi, 16; Elman Taqayev, 78 - Filip Ozobiç, 22; Ruslan Qurbanov, 44; Famussa Kone, 56; Baqali Dabo, 75
24.02.2018. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 2:1
Qollar: Vitali Vernidub, 25 (avtoqol); Fəhmin Muradbəyli, 56 - Baqali Dabo, 68