[b]“Simurq” – “Xəzər Lənkəran” matçında 5 qol vurulsa...[/b]
30.01.2015 - 12:22
[b]“Simurq” – “Xəzər Lənkəran” matçında 5 qol vurulsa...[/b]

Topaz Premyer Liqasının XIX turunun “Simurq” – “Xəzər Lənkəran” oyununu idarə edəcək Ramil Diniyev cari mövsümdə 8-ci çempionat matçına təyinat alıb. Apasport.az saytının məlumatına görə, nəticəsi ləğv olunan qarşılaşma nəzərə alınmasa, onun fit çaldığı görüşlərdə meydan sahibləri 4 qələbə qazanıb, 2 heç-heçə edib və 1 dəfə məğlub olub.

 

Bu matçlarda qırmızı vərəqə göstərməyən Diniyev 3 penalti təyin edib. Meydan sahibləri 2, qonaqlar 1 dəfə bu yolla qol sevinci yaşayıb.

 

Diniyev əvvəlki görüşlərdə də “Simurq” və “Xəzər Lənkəran”ın matçına şahid olub. Maraqlıdı ki, hər iki komanda onun idarəçiliyi altında baş tutan yeganə matçda 5 qolun vurulmasında iştirak edib.

 

“Simurq” “Sumqayıt”ı, “Qarabağ” “Xəzər Lənkəran”ı 3:2 hesabı ilə məğlub etməyi bacarıb. Diniyev həm Zaqatala, həm Lənkəran təmsilçisini bir penalti ilə də cəzalandırıb.