[b]“Simurq”un sabiq futbolçusu: Superliqadan təklif almışam[/b]
20.08.2015 - 14:26
[b]“Simurq”un sabiq futbolçusu: Superliqadan təklif almışam[/b]

“Simurq”dan ayrılandan sonra Yuxarı Sileziyadakı evimdə oturub, nə olacağını gözləyirəm. Düzdü, müəyyən variantlar var. Amma heç biri konkret danışıqlar səviyyəsində deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” klubunun sabiq futbolçusu Adam Banas deyib.

 

Əyalət təmsilçisi fəaliyyətini dayandırdığı üçün 32 yaşlı polşalı müdafiəçi klubsuz qalıb. Yeni komanda axtaran Banas karyerasını Türkiyədə davam etdirə bilər: “İndi yerli klublar daha çox gənclərə güvənir. Mən isə gündə iki dəfə gərdi məşqlə formamı qorumağa çalışıram. Müxtəlif klublarda oynadığım vaxt məşqçilərin bizə keçdiyi hazırlıq prosesi ilə bağlı qeydlərimi etmişəm. Buna uyğun hazırlaşsam da, belə məşq klubda olmağın yerini vermir. QKS-in maraq dairəsində olduğumu eşitmişəm. Lakin real bir şey yoxdu. Təklif gəlsə, məmnuniyyətlə qəbul edərəm. Vaxtilə atam bu komandada oynadığından Katovitse təmsilçisində çıxış etməkdə mən də maraqlıyam. Türkiyə Superliqasından da yeni təklif almışam. Bu haqda danışmayacam. Hər şey yaxın günlərdə dəqiqləşəcək”.