Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ” ilə qarşılaşacaq “Şiroki Briyeq” klubu Azərbaycana səfərinin detallarını müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Bosniya və Herseqovina təmsilçisi sabah ölkəmizə gələcək.
Klubun baş məşqçisi Slaven Musa səfər üçün 19 futbolçu seçib. “Göy-ağlar” iyulun 3-dəki görüşün ertəsi günü Azərbaycanı tərk edəcək.
Qapıçılar: Luka Bilobrk, Antonio Soldo, Nikola Mariç
Sahə oyunçuları: Yosip Barışiç, Stipo Markoviç, Vlado Zadro, İvan Peko, Dino Çoriç, Qoran Zakariç, Daniel Kojul, Santos Laqo Vaqner, Yure İvankoviç, Mate Pehar, Davor Landeka, Slavko Brekalo, Zvonimir Kojul, Neven Laştro, Yosip Çorluka, Filip Mihalyeviç.