“Sumqayıt” FK “Qarabağ”la oyunun hazırlıqlarına start verib. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın XVII turunda “Keşlə”ni məğlub edən “kimyaçılar” birgünlük istirahətin ardından məşqləri bərpa edib.
Komanda Samir Abasovun rəhbərliyi altında saat 16:00-da məşqə çıxıb. Zədə səbəbindən ötən turu buraxan Azər Salahlı tam sağalaraq komanda ilə birgə çalışıb.
Əvəzedici heyətdən 3 futbolçu – Sahil Mirzəyev, Fərid Kərimzadə və Elvin Dəmirov məşqlərə qoşulub. 1,5 saat davam edən hazırlıq prosesində əsasən toplu çalışmalara üstünlük verilib. Məşq ikitərəfli oyunla yekunlaşıb.
Qeyd edək ki, “Sumqayıt” – “Qarabağ” qarşılaşması 3 mart, saat 18:30-da başlayacaq.