[b]“Syominin “Spartak”a keçidi düzgün seçimdi”[/b]
06.05.2014 - 14:02
[b]“Syominin “Spartak”a keçidi düzgün seçimdi”[/b]

“Syominin karyerasını xatırlamaq kifayətdir. “Spartak”ın yetirməsidir, bu komandada o qədər də pis olmayan il keçirib. Sonra o vaxtlar Beskovun məşqçisi olduğu “Dinamo”ya keçdi”. Apasport.az saytının məlumatına görə, bunu rusiyalı məşqçi Boris İqnatyev deyib.

 

Hazırda “Qəbələ”ni çalışdıran Yuri Syominin “Spartak”a keçəcəyi barədə müzakirələr gedir. Bu haqda danışan İqnatyev bildirib ki, Syomin “Spartak” üçün düzgün seçimdir: “O, təcrübəli insandır. Komandada nizam-intizamı necə qaydasına salmaq, futbolçulara məşqçinin ideyalarını necə aşılamaq lazım olduğunu bilir. Yuri Pavloviç Rusiya futbolunda nəticələr qazanmış məşqçilərdən biridir. Əgər onun “Spartak”a mümkün keçidi haqda danışırlarsa, bu, təsadüfi deyil. Düzgün seçimdi. Təkrarlayıram, Syomin böyük futbol biliyinə sahibdir, “Spartak”ı yeni səviyyəyə qaldıra bilər”.

 

İqnatyev vurğulayıb ki, Syominin indiyədək legionerlərlə problemi olmayıb: “Kiyev “Dinamo”sunda çoxlu əcnəbilər vardı və Syomin onlarla əla əlaqəyə girirdi. Yuri Pavloviç heç vaxt tərcüməçinin köməyinə qaçmazdı, çünki ingiliscə bilir. Üstəlik, hesab edir ki, legionerlər bizim dilimizi oyun səviyyəsində başa düşməlidir. Onun yetirmələri rus dilində anlayırdı. Hətta lallar da danışmağa başlamışdı. “Spartak”da işləmək istəyini Yuri Pavloviçdən soruşmaq lazımdır. Mənə görə, “Spartak” istənilən məşqçi üçün irəli addımdır. Əvvəl işlədiyi yerdən asılı olmayaraq”.