“İlk hissədə yaxşı oynadıq. İki qol vurduq. Fərq daha da artıq ola bilərdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.
Topaz Premyer Liqasının XXXIV turu çərçivəsində öz meydanında “Xəzər Lənkəran”la qarşılaşan “bankirlər”in çalışdırıcısı 2:1 hesablı qələbəni şərh edib: “İkinci hissədə qol buraxdıqdan sonra oyun intizamı itdi. Konkret səbəbini bilmirəm, ancaq mənə elə gəlir ki, futbolçular yorulub. Kubokdakı oyunlarla da əlaqəli ola bilər. Təəssüf edirəm ki, bizim hər oyunumuzda həkim müdaxiləsi olur, zədəsiz keçinə bilmirik. Hər matça qələbə üçün çıxırıq, çalışacağıq ki, ilk üçlükdə qərarlaşaq. Çünki ağır mövsümü medallarla başa vurmaq istəyirik”.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI