[b]“Tiraspol” – “İnter” oyunu xorvatiyalı hakimlərə tapşırıldı[/b]
30.06.2014 - 13:33
Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Tiraspol” (Moldova) – “İnter” (Azərbaycan) oyununun hakimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, iyulun 3-də baş tutacaq görüşü xorvatiyalı hakimlər briqadası idarə edəcək.
Tiraspolda baş tutacaq oyunun baş hakimi Ante Vuçemiloviç olacaq. Onun köməkçiləri isə Dalibor Tsonyar, Hrvoye Barişiç və Damir Batiniçdir.
Qeyd edək ki, bu qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
0
0