[b]“Tottenhem” üçün London derbisi daha önəmlidi[/b]
24.11.2015 - 12:16
[b]“Tottenhem” üçün London derbisi daha önəmlidi[/b]

“Çelsi” ilə oyun bizim üçün çox vacibdi. Lakin bundan öncə “Qarabağ”la matçı düşünməliyik”. Apasport.az saytının məlumatına görə, bunu “Tottenhem”in müdafiəçisi Tobi Alderveyreld deyib.

 

Noyabrın 26-da Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşacaq “şpor”lılar bundan 3 gün sonra London derbisində “Çelsi” ilə üz-üzə gələcəklər.

 

Belçikalı futbolçu ilk növbədə “Qarabağ”la görüşü düşündüklərini desə də, əsas diqqətlərinin məhz “Çelsi” ilə matça yönələcəyini gizlətməyib: “Biz hər matça fərqli yanaşırıq. “Qarabağ”a qalib gəlib Avropa Liqasında növbəti mərhələyə vəsiqəni təmin edə bilərik. O ki qaldı, London derbisinə, bu qarşılaşma hədəflərimiz baxımından çox vacibdi. Nə bizim, nə də rəqibin turnir cədvəlindəki mövqeyinə baxırıq. Bu mövsüm çox yaxşı çıxış edirik, əla heyətimiz var. Bu da bütün oyunlara qələbə əzmi ilə çıxmağımıza zəmin yaradır. İnanıram ki, “Çelsi”ni məğlub edib, liderlər qrupuna bir qədər də yaxınlaşacağıq. Belə rəqibə qarşı səhv etmək olmaz”.

 

Qeyd edək ki, “Qarabağ” – “Tottenhem” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 22:00-da başlayacaq.