[b]“Turan”dan “Zirə”yə qədər: 250 oyun, 17 qol[/b]
04.04.2016 - 14:08
[b]“Turan”dan “Zirə”yə qədər: 250 oyun, 17 qol[/b]

Topaz Premyer Liqasının XXVIII turunun “Sumqayıt”la oyunu “Zirə”nin futbolçusu Elvin Məmmədov üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatlarında 250-cı matçını keçirib.

 

Yubiley oyununa start heyətində çıxan Məmmədov 68-ci dəqiqədə əvəzlənib. O, 250 qarşılaşmada 17 qol vurmağı bacarıb.

 

Elvin mövsümün ikinci yarısında 250-yə çatan 2-ci futbolçudu. Onadək Arif Daşdəmirov da 250 səddini aşmışdı. “Qəbələ”nin milliləşən rusiyalı bunu XXI turda gerçəkləşdirib.

 

Ümumiyyətlə isə Elvin 250 və daha çox oyun keçirən 47-ci futbolçu kimi tarixə düşüb. Bu siyahıda rekord Mahmud Qurbanova məxsusdu – 421 oyun.

 

Məmmədov Azərbaycan çempionatlarında 12 il öncə debüt edib. 2003/04 mövsümündə “Turan”da peyda olan gənc bu komanda ilə 49 oyunda 3 qol vurub. Sonra keçdiyi “İnter”də 51 matçda 7, “Qarabağ”da 70 oyunda 3 dəfə fərqlənib.

 

Elvin karyerası ərzində ən çox oyun keçirdiyi “Bakı”da 73 qarşılaşmada 3 qol sevinci yaşayıb. Bu ilin əvvəlində keçdiyi “Zirə” yarımmüdafiəçinin 5-ci klubudu. O, burada keçirdiyi 7-ci matçda 250-yə çatıb. Bütün klublarında qol vuran Məmmədov yeni komandasında da 1 dəfə fərqlənib.

 

Qeyd edək ki, Məmmədovun yubiley oyununda komandası 1:0 hesabı ilə qalib gəlib.

0