[b]“Tvente”nin baş məşqçisi Qurban Qurbanov haqda nə dedi?[/b]
08.08.2014 - 17:38
[b]“Tvente”nin baş məşqçisi Qurban Qurbanov haqda nə dedi?[/b]

“Rəqib haqqında geniş təsəvvürüm yoxdur. Sadəcə, Çempionlar Liqasında “Zalsburq”la oynadıqlarını bilirəm”. Apasport.az xəbər verir ki, bu sözləri “Tvente” klubunun baş məşqçisi Alfred Şreduer deyib.

 

Hollandiya təmsilçisinin çalışdırıcısı “Qarabağ”la 5 il öncə Avroliqada keçirdikləri oyunlardan danışıb.

 

Azərbaycan çempionunu ciddi rəqib sayan Şreduer bildirib ki, “Qarabağ”ın Bakıda “Zalsburq”a 2:1 hesab ilə qalib gəldiyindən məlumatlıdır: “Amma səfərdə 0:2 uduzaraq mübarizəni dayandırıblar. Onların yaxşı baş məşqçisi olduğunu hamımıza məlumdu. “Qarabağ”ın indi necə oynadığını və hansı futbolçulara malik olduğunu bilmirəm. Mütləq rəqib haqqında geniş araşdırma aparacağıq”.