[b]“Ümidimizi Şimali İrlandiya və Azərbaycanla oyunlarda itirmişdik”[/b]
05.09.2017 - 12:53
[b]“Ümidimizi Şimali İrlandiya və Azərbaycanla oyunlarda itirmişdik”[/b]

“Bu seçmə mərhələdə işlər istədiyimiz kimi getmədi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Çexiya yığmasının qapıçısı Tomaş Vaçlik deyib.

 

DÇ-2018-in seçmə mərhələsində millimizlə eyni qrupda çıxış edən çexlər səfərdə Şimali İrlandiyaya 0:2 hesabı ilə məğlub olublar.

 

Vaçlik oyundan sonra ölkəsinin mətbuatına açıqlama verib. “Bazel”in formasını geyinən 28 yaşlı qapıçı dünya çempionatının final mərhələsinə yüksəlmək şanslarını çoxdan itirdiklərini bildirib: “Mundiala çıxmaq ümidimizi Şimali İrlandiya və Azərbaycanla oyunlarda itirmişdik. Çünki evdə keçirdiyimiz hər 2 görüşdə qələbəyə həsrət qalmışdıq. Yəni başlanğıcdan bəxtimiz gətirməmişdi. Dünya çempionatından kənarda qalacağıq. Amma düşünürəm ki, qazandığımız təcrübə bizə gələcəkdə kömək olacaq. Komandamızın böyük potensialı var”. 

0