[b]“Valletta” qapıçısını da itirdi[/b]
15.07.2014 - 15:40
[b]“Valletta” qapıçısını da itirdi[/b]

“Qarabağ”ın bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacağı Maltanın “Valletta” klubu oyunöncəsi daha bir itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, ada cırtdanlar qapıçısını da itirib.

 

Belə ki, “Valletta”nın ehtiyat qapıçısı olan Manuel Bartolonun “Qarabağ”a qarşı oynaya bilməyəcəyi üzə çıxıb. Bartolodan əvvəl isə “Valletta”nın yeni transferi olan yarımmüdafiəçi Adrian Zahra və hücumçu Llivelin Kremonanın zədə üzündən çıxış etməyəcəyi dəqiq idi.

 

Qeyd edək ki, “Valletta” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.