[b]“Xal itkisi Hoqmonun istefası ilə nəticələnməyəcək” - Yesper Matiysen[/b]
04.10.2016 - 13:43
[b]“Xal itkisi Hoqmonun istefası ilə nəticələnməyəcək” - Yesper Matiysen[/b]

“Azərbaycan və San-Marino ilə qarşılaşmaların gücümüzü sınamağa xidmət etdiyini düşünmürəm. Norveç hər iki matçın aşkar favoritidi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Norveç yığmasının sabiq futbolçusu Yesper Matiysen deyib.

 

O bildirib ki, skandinaviyalılar DÇ-2018-in seçmə mərhələsinin qarşıdakı iki oyununda Azərbaycan və San-Marinonu itkisiz keçməlidi.

 

Matiysen son vaxtlar tənqidə məruz qalan baş məşqçi Per-Matias Hoqmonun istefasının bu qarşılaşmalardan asılı olmadığını vurğulayıb: “Oyuna nəzarət edib, iki qələbə qazanmalıyıq. Belarus və Almaniya ilə matçlardakı komandadan daha yaxşısını görəcəyimizə ümid edirəm. Bu, 6 xal qazanmaq üçün yetərli olacaq. Yalnız qələbələr bizim üçün yaxşı nəticə sayılacaq. Lakin xal itkisinin baş məşqçi Per-Matias Hoqmonun istefası ilə nəticələnəcəyini düşünmürəm. Çünki noyabrda Çexiyaya qarşı vacib matçımız var. İkinci yer baxımından önəmli olan oyun ərəfəsində çətin ki, məşqçi dəyişikliyi gerçəkləşdirilsin”

 

Qeyd edək ki, Norveç millisi oktyabrın 8-də Azərbaycan, 11-də isə San-Marino ilə görüşəcək.

0