[b]“Xəzər Lənkəran” FİFA-ya üz tutur[/b]
05.07.2014 - 23:22
Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışının başa vurmaq üzrə olan “Xəzər Lənkəran” FİFA-ya şikayət etməyə hazırlaşır. Bu barədə apasport.az saytına klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.
O bildirib ki, ali futbol qurumuna şikayət afrikalı legionerlər - malili Sadio Tounkara ilə kamerunlu Mabilla Etamenin komandanın hazırlığına gəlməməsi ilə bağlıdı.
Xatırladaq ki, cənub təmsilçisi artıq Ərzurum toplanışını yekunlaşdırıb, hazırlığın ikinci mərhələsini keçmək üçün sabah Sloveniyaya yollanacaq.
0
0