[b]“Xəzər Lənkəran” istirahət edəcək[/b]
23.08.2015 - 13:42
Topaz Premyer Liqasının III turunda “Rəvan”la ev oyunundan 1:1 hesablı bərabərliklə ayrılan “Xəzər Lənkəran” sərbəst buraxılıb. Apasport.az saytının məlumatına görə, komanda 5-gün istirahət edəcək.
Qeyd edək ki, cənublular avqustun 28-də yenidən Lənkəranda bir araya gələcək. Lakin millinin heyətinə dəvət alan Ruslan Abışov, Rahid Əmirquliyev, Elnur Cəfərov və Vüqar Nadirov bu toplanışa qatılmayacaqlar.
0
0