[b]“Xəzər Lənkəran” məşq etdi, klub prezidenti izlədi[/b]
24.09.2014 - 22:02
[b]“Xəzər Lənkəran” məşq etdi, klub prezidenti izlədi[/b]

Premyer Liqanın VII turunda “Qəbələ” klubunun qonağı olacaq “Xəzər Lənkəran” məşq planı üzrə hazırlığına davam edir. Apasport.az saytının məlumatına görə, öncədən tərtib edilən hazırlıq proqramına uyğun olaraq sentyabrın 24-də iki məşq olub.

 

Belə ki, cənub təmsilçisi səhər saat 11:00-da köhnə “Neftçi baza”da, saat 16:00-da isə Bədən Tərbiyyəsi və İdman Akademiyasının stadionunda məşqə çıxıb.

 

Əsasən toplu çalışmalardan ibarət olan sonuncu hazırlıq prossesini klub prezidenti Mais Mənsimovla yanaşı, vitse-prezident Tuyqun Nadirov və klubun idman direktoru Yunis Hüseynov da izləyiblər.

 

12cioyuncu.info