[b]"Xəzər Lənkəran"ın rəqibi müəyyənləşdi[/b]
07.07.2014 - 16:27
[b]"Xəzər Lənkəran"ın rəqibi müəyyənləşdi[/b]

“Xəzər Lənkəran”ın Avstriyadakı təlim-məşq toplanışında keçirəcəyi yoxlama oyunlarından birindəki rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi Rusiyanın “Mordoviya” klubu ilə görüşəcək.

 

Bu matç iyulun 18-də keçiriləcək. “Xəzər Lənkəran”la qarşılaşma “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syominin yetirmələri üçün 2-ci yoxlama görüşü olacaq.

 

Belə ki, iyulun 13-də son Rusiya çempionu MOIK-lə üz-üzə gələcək “Mordoviya” “Xəzər Lənkəran”dan öncə Serbiyanın “Rad” komandası ilə qarşılaşacaq. Bundan iki gün sonra isə onlar Lənkəran təmsilçisi ilə gücünü sınayacaqlar.