[b]Skarlatake Bakıda qaldı[/b]
04.02.2015 - 10:42
[b]Skarlatake Bakıda qaldı[/b]

Qış fasiləsində heyətində “təmizləmə” işi aparan “Xəzər Lənkəran” daha bir əcnəbi futbolçusu ilə bağlı yekun qərara gəlib. Klubdan apasport.az saytına verilən məlumata görə, cənublular bir ara transferə çıxarılan Manuel Skarlatakeni komandada saxlamağı məqsədəuyğun biliblər.

 

Buna baxmayaraq, rumıniyalı müdafiəçi hazırda komanda ilə birlikdə deyil. Zədədən əziyyət çəkən Skarlatake Bakıda müalicə olunmaqla məşğuldu. 29 yaşlı oyunçu təxminən iki həftədən sonra məşqlərə başlaya biləcək və bir neçə gün fərdi hazırlıq keçdikdən sonra kollektivə qoşulacaq.

 

Qeyd edək ki, Manuel Skarlatake qış fasiləsində “İnter”lə anlaşsa da, “Xəzər Lənkəran” bu keçidə razılıq verməmişdi.