Topaz Premyer Liqasının 6 turunun 26 oyununu 64650 tamaşaçı izləyib. Apasport.az saytının məlumatına görə, çempionatın arxada qalan hissəsinin hər oyununa orta hesabla 2486 seyrçi gəlib.
Nəticəsi ləğv olunan qarşılaşmanı nəzərə almasaq, yalnız 3 klub orta göstəricini arxada qoyub. Yarandığı gündən ardıcıl 10 mövsümdü tamaşaçı sayında 1-ci olan “Xəzər Lənkəran” yenə hamıdan öndədi.
Amma bu dəfə cənubluların ciddi rəqibi var. Belə ki, “Araz-Naxçıvan” da topladığı azarkeş sayı ilə cənublular kimi yüksək rəqəmə nail olub. Bu iki komandanın 5 ev oyununu 37600 tamaşaçı izləyib. Bu isə ümumi tamaşaçı sayının 58 faizidi.
|
yer |
klub |
oyun |
tamaşaçı |
orta |
|
1 |
Xəzər Lənkəran |
3 |
23000 |
7667 |
|
2 |
Araz-Naxçıvan |
2 |
14600 |
7300 |
|
3 |
Simurq |
3 |
6500 |
3167 |
|
4 |
Qəbələ |
3 |
7300 |
2433 |
|
5 |
Sumqayıt |
2 |
3100 |
1550 |
|
6 |
Neftçi |
3 |
3850 |
1283 |
|
7 |
Qarabağ |
3 |
2700 |
900 |
|
8 |
İnter |
3 |
1800 |
600 |
|
9 |
AZAL |
2 |
1000 |
500 |
|
10 |
Bakı |
2 |
800 |
400 |
Qeyd edək ki, avrokuboklarda təmsilçilərimizin 10 ev oyununda 166550 tamaşaçı qeydə alınıb. Bu isə orta hesabla 16655-ə bərabərdir. Bu isə Premyer Liqadan təxminən 7 dəfə çoxdur.