[b]“Xəzər Lənkəran” yoldaşlıq oyunu keçirməyəcək[/b]
14.06.2014 - 23:02
[b]“Xəzər Lənkəran” yoldaşlıq oyunu keçirməyəcək[/b]

Növbəti mövsümün hazırlıqlarının ilk mərhələsini Türkiyədə keçirəcək “Xəzər Lənkəran” iyunun 24-də qonşu ölkəyə yollanacaq. Apasport.az saytının xəbərinə görə, təxminən 2 həftə Ərzurumda toplanışda olacaq “ağ-yaşıllar”  bu müddət ərzində yoldaşlıq oyunu keçirməyəcək. Daha çox fiziki hazırlıq və taktiki təmrinlər üzərində çalışacaq cənub təmsilçisi bundan sonra Avstriyaya yola düşəcək.