[b]“Xəzər Lənkəran” zədəli futbolçu ilə müqavilə bağlayır[/b]
27.04.2014 - 23:01
Rahid Əmirquliyev kapitanı olduğu “Xəzər Lənkəran”la yeni müqavilə bağlayacaq. Bu barədə apasport.az saytına 25 yaşlı futbolçunun özü məlumat verib. O bildirib ki, rəhbərliklə mövsümün sonunda başa çatacaq müqaviləsinin müddətini 2 illik artırmağı razılaşdırıb.
Qeyd edək ki, Əmirquliyev Topaz Premyer Liqasının XXXII turunda “İnter”ə səfərdə 0:3 hesabı ilə uduzduqları oyunu zədə səbəbindən buraxmışdı. Ayaq əzələsində qan sızması baş verdiyindən, kapitan “bankirlər”lə görüşü tribunadan izləmişdi.
0
0