[b]Ərtuğrul Sağlam “Xəzər Lənkəran”da?[/b]
04.06.2014 - 09:08
Mustafa Dənizli ilə yolları ayıran “Xəzər Lənkəran”ı yenidən türk mütəxəssis çalışdıra bilər. Apasport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Onların fikrincə, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov bu dəfə “ağ-yaşıl” komandanı qardaş ölkənin tanınmış məşqçilərindən olan Ərtuğrul Sağlama etibar edəcək.
Qeyd edək ki, “Əskişəhərspor”da maliyyə problemlərinin olması səbəbindən Sağlam özü də bu keçidə isti baxır. Yaxın günlərdə məsələyə tam aydınlıq gələcək.
0
0