“Xəzər Lənkəran”da toplantı keçirildi
24.03.2014 - 16:49
“Xəzər Lənkəran”da toplantı keçirildi

Premyer Liqanın XXVII turunda dünən doğma meydanda “Simurq”a 1:3 hesabı ilə məğlub olan “Xəzər Lənkəran” bu gün istirahət etmədən məşqlərinə davam edib. Apasport.az 12cioyuncu.info saytına istinadən xəbər verir ki, bu gün komandanın toplantısı keçirilib.

Son matçın analizi aparıldıqdan sonra məşqçilər korpusu tərəfindən komandanın sərbəst buraxılmayacağı və qarşıdakı günlərdə istirahətsiz məşq edəcəyi qeyd edilib. Komanda günün ikinci yarısında məşqə çıxıb. “Simurq”la oyunda çıxış edən futbolçuların yüngül qaçışla kifayətləndiyi və həmin qarşılaşmanı ehtiyat skamyada keçirən futbolçuların tam şəkildə iştirak etdiyi bugünkü hazırlıq prosesinin ardından daha bir məşq sabah saat 11:00-da olacaq. Sabah günorta saatlarında isə komanda Lənkəranı tərk edərək Bakıya yola düşəcək.

Qeyd edək ki, “Xəzər Lənkəran” Premyer Liqanın XXIII turu çərçivəsində martın 29-da əzəli rəqibi “Neftçi”nin qonağı olacaq.