Daha bir futbolçu “Xəzər Lənkəran”la yollarını ayırıb. Apasport.az saytı xəbər verir ki, Ruslan Abışov, Vüqar Nadirov, Vaqif Cavadov, Rəşad Eyyubov, Dieqo Souza və Pavel Kapsanın ardınca Limam Seydi də cənub klubunu tərk edib.
Yayda “ağ-yaşıllar”ın düşərgəsinə qoşulan fransalı hücumçu FİFA-nın “Xəzər Lənkəran”a tətbiq etdiyi transfer qadağasının qüvvədə qalmasına görə, cənub təmsilçisi ilə müqavilə imzalaya bilməyib. Bu səbəbdən Lənkəran klubu ilə yolları ayrılan Seydi buna baxmayaraq, karyerasını Azərbaycanda davam etdirəcək. Belə ki, o, Bakı “İnter”i ilə müqavilə imzalayıb.
Bu məlumatı saytımıza açıqlamasında “İnter”in mətbuat xidmətindən də təsdiqləyiblər.
Razılaşmaya əsasən, Seydi qarşıdakı 3 ayı “bankirlər”in heyətində keçirəcək.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı