[b]“Xəzər Lənkəran”dan Nizami Hacıyevə cavab: Ucuz reklama getmə![/b]
11.06.2014 - 16:07
[b]“Xəzər Lənkəran”dan Nizami Hacıyevə cavab: Ucuz reklama getmə![/b]

“Nizami Hacıyevin müsahibəsində təzadlı məqamlar var. Özünün də dediyi kimi, “Qəbələ”də xoşbəxtdirsə, başqa klubların ofislərini niyə gəzir?” Bunu apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

 

Nizami Hacıyev saytımıza müsahibəsində “Xəzər Lənkəran”dan daha sərfəli təklif aldığını, amma bundan imtina etdiyini bildirib. Cəbrayıloğlu isə onun yalan danışdığını iddia edib: “Komandamızın azərbaycanlı futbolçulardan ibarət olan transfer siyahısında Nizami Hacıyevin adı yoxdur. Futbolçunun özü azad agent kimi klubumuza gəlməyə hazır olduğunu bildirmişdi. Lakin gündəmimizdə olmadığı üçün təklifi dəyərləndirmədik. Arzu edirəm ki, bu “transfer pəncərəsi” dövründə futbolçular saxta sevgi və sədaqət fikrilərindən uzaq olub, ucuz reklama getməsinlər”.