[b]“Xəzər Lənkəran”ın 4-cü sınağı “Kayserispor”a qarşı[/b]
20.07.2015 - 15:03
Türkiyənin Kapadokiya bölgəsində təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” sabah növbəti yoxlama görüşünə çıxacaq. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar”ın 4-cü sınağı da Türkiyə təmsilçisinə qarşı olacaq.
Belə ki, Yunis Hüseynovun yetirmələri Superliqaya yüksələn “Kayseripor”la üz-üzə gələcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, “Xəzər Lənkəran” Türkiyə toplanışı çərçivəsində “Niğdespor” (1:0) və "Antalya Kundu Spor"a (8:1) qalib gəldiyi halda, Superliqa təmsilçisi “Kasımpaşa”ya məğlub olub (0:2).
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
0
0