Türkiyə toplanışı çərçivəsində bu gün “Kayserispor”la yoxlama oyunu keçirəcək “Xəzər Lənkəran”ın növbəti sparrinq rəqibinin də adı bəlli olub. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” qardaş ölkədə sonuncu oyunlarını da yerli komandaya qarşı keçirəcəklər.
Belə ki, Yunis Hüseynovun yetirmələri III liqa təmsilçisi “Derincespor”la qarşılaşacaq. Görüş iyulun 24-də, “Xəzər Lənkəran”ın Kapadokiya bölgəsində qaldığı otelin stadionunda baş tutacaq.
Bu oyunla Türkiyə toplanışını başa çatdıracaq cənub klubu ayın 25-də Azərbaycana qayıdacaq.
Qeyd edək ki, “Xəzər Lənkəran” Türkiyədə keçirdiyi əvvəlki yoxlama görüşlərində “Niğdespor” (1:0) və “Antalya Kunduspor”a (8:1) qalib gəlib, “Kasımpaşa”ya isə məğlub olub (0:2).
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ