[b]“Yalnız “Çelsi” üçün yığmadan ayrılardım” – Antonio Konte[/b]
04.04.2016 - 17:55
[b]“Yalnız “Çelsi” üçün yığmadan ayrılardım” – Antonio Konte[/b]

“Çelsi”nin yeni baş məşqçisinin Antonio Konte olacağı rəsmən açıqlanıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında 3 illik müqavilə imzalanıb.

 

Konte hazırda çalışdırdığı İtaliya yığması ilə yayda yolları ayıracaq. Avropa çempionatından sonra “Skuadra Adzurra” ilə vidalaşacaq 47 yaşlı çalışdırıcı “Çelsi”nin “sükanı” arxasına keçəcək.

 

“Çelsi”ni çalışdıracağı ilə bağlı danışan italiyalı məşqçi həyəcanlandığını etiraf edib: “Öz ölkəmin yığma komandasını çalışdırdığım üçün qürur duyuram. Millidən yalnız “Çelsi” kimi klubdan təklif gələcəyi halda, ayrıla bilərdim. London klubunda işləyəcəyim üçün həyəcanlanıram”.

 

Qeyd edək ki, Konte İtaliya yığmasından əvvəl 3 il “Yuventus”u çalışdırıb. 

0