“Qəbələ” ilə görüşdə zədələndim. Əvəzlənməyimin səbəbi də bu idi”. Bunu apasport.az saytına “Bakı”nın hücumçusu Rauf Əliyev deyib.
Əliyev Topaz Premyer Liqasının XXVI turunun “Qəbələ” ilə ev oyununun (1:1) 65-ci dəqiqəsində yerini gənc Namiq Ələsgərova verməli oldu. Bununla, kapitanın zədəsinin ciddi olduğu üzə çıxdı. Bu gün tibbi müayinədən keçən futbolçu zədəsinin qorxulu olmadığını bildirib: “Şükürlər olsun ki, çox ağır şəkildə zədə almamışam. Tibbi müayinənin nəticəsinə görə 1-ci dərəcəli əzələ dartılması müşahidə olunub. Bu isə o deməkdir ki, 1 həftə və ya 10 gün oynaya bilməyəcəyəm. Sabah ölkə kubokunda “Rəvan”a qarşı oynamayacağım dəqiqdir. Eləcə də bazar günü AZAL önünə çıxmaq ehtimalım azdır”.
Deməli, sabah kapitanın yoxluğunda “Bakı” “Rəvan” önünə çıxacaq. Oynamasa belə, Əliyevi narahat edən məqam var: “Biz ötən tur çempionatda “Qəbələ” ilə çətin keçən oyuna çıxmışdıq. Rəqibimiz “Rəvan” isə Zaqatalaya ikinci heyətlə yollanmışdı. Yəni onlar “Simurq”la oyunda yorğunluq olmasın deyə, bəzi futbolçularına istirahət vermişdilər. Ona görə də bizdən fərqli, “Rəvan” meydana daha az yorğun çıxacaq. Bununla belə, komanda yoldaşlarıma inanıram. Oynamasam belə, hücum xəttində məni əvəzləyən futbolçular var. Baş məşqçi kimə şans versə, o da irəli xətdə ümidləri doğrulda bilər”.
Qeyd edək ki, “Bakı” – “Rəvan” matçı sabah saat 14:00-da başlayacaq.
Səbuhi TOFİQOĞLU
- “Qarabağ”ın sabiq futbolçusu Şotlandiyada ayın yaxşısı seçildi
- Çağlar Söyüncünün yeni klubu bəlli oldu – “Çorum”la razılaşdı
- “Başakşehir” – “Qalatasaray” matçına avstriyalı VAR hakimi
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər