[b]“Yaşar Seyidova deyin, pulları versin”[/b]
13.06.2014 - 01:28
Bakı"nın icraçı direktoru Yaşar Seyidov mətbuata açıqlamasında Mindauqas Kalonasın İsrail klubunda oynaya bilməyəcəyini söyləyib. Apasport.az saytının məlumatına görə, litvalı yarımmüdafiəçi Sportinfo.az-a açıqlamasında klub rəsmisinin fikirlərinə münasibət bildirib.
Kalonas Seyidovun cavabını belə verib: “Hələlik yalnız ilkin razılıq əldə olunub. “Bakı” ilə müqaviləm iyunun 30-da başa çatacaq. Bundan sonra sərbəst futbolçu olacam və istədiyim klubla müqavilə bağlayacam. O ki qaldı Seyidovun sözlərinə, ona deyin, əvvəlcə futbolçuların pullarını versinlər. Qoy, danışsın”.
0
0