“Millinin 2015-ci ildə son oyunu oldu. Uşqalrala danışdıq ki, matça yaxşı hazırlaşıb, nəticə qazanaq. Gördüyünüz kimi, bu gün maraqlı heyətlə meydana çıxdıq və qalib gəldik”. Apasport.az saytının məlumatına görə, bu sözləri milli komandamızın müdafiəçisi Maksim Medvedev deyib.
Moldova ilə oyundan sonra (2:1) jurnalistlərə açıqlama verən “Qarabağ”ın üzvü matç haqqında fikirlərini bölüşərək, qeyri-ənənəvi mövqedə çıxış etməsini şərh edib: Məncə normal oynadım. “Xəzər Lənkəran”la matçda da müdafiənin mərkəzində çıxış etmişdim. Artıq yavaş-yavaş yerimi ələ keçirirlər (gülür). Oyunumla bağlı gərək siz jurnalistlər mənə qiymət verəsiniz. “Tottenhem”lə oyunda baş məşqçi harda məsləhət görsə, orada oynayacam. Amma nəzərə almaq lazımdı ki, bizdə Elvin Yunuszadə kimi mərkəz müdafiəçisi də var. Rəşad qayıtdıqdan sonra mən də öz mövqeyimdə çıxış edəcəm”.
Müdafiəçi son dəqiqələrdə cərimə meydançasında rəqib oyunçuya sərt müdaxiləsi ilə bağlı suala isə belə cavab verib: “O epizodda hakim penalti verə də bilərdi, verməyə də bilərdi. Elə epizod idi ki, orada rəqibi əllə itələmirdim. Mən topu başımla, moldovalı futbolçu isə sinəsi ilə qəbul etmək istəyirdi. İstər-istəməz bir-birimizlə toqquşduq. Dediyim kimi, bəlkə də başqa hakim olsaydı “ağ nöqtə”ni göstərə bilərdi”.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI