[b]“Yuventus”un oyununun vaxtı açıqlandı[/b]
28.02.2018 - 00:45
İtaliya A seriyasının XXVI turundan təxirə salınan “Yuventus” – “Atalanta” matçının keçirilmə vaxtı bəlli olub. Apasport.az saytının məlumatına görə, qarşılaşma mart ayında baş tutacaq.
İtaliya Futbol Federasiyası qarşılaşmanın martın 14-də oynanılmasına qərar verib.
Qeyd edək ki, qarşılaşma Turinə yağan şiddətli qar səbəbindən təxirə salınmışdı.
0
0