Avropa Liqasında Azərbaycanı təmsil edəcək “Zirə”nin I təsnifat mərhələsindəki ilk görüşünün hakimləri müəyyənləşib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, paytaxt klubunun “Differdanj”la Bakıdakı matçı qazaxıstanlı hakimlər briqadasına həvalə edilib.
İyunun 29-da, “Dalğa Arena”da baş tutacaq görüşdə ədalət təmsilçisi rolunu Daniyar Saxi yerinə yetirəcək. Ona Yuri Tixonyuk və Alibek Aubakirov kömək edəcəklər. Matçın dördüncü hakimi isə Marat İskakov olacaq.
“Zirə” – “Differdanj” (Lüksemburq)
Baş hakim: Daniyar Saxi
Baş hakimin köməkçiləri: Yuri Tixonyuk, Alibek Aubakirov
Dördüncü hakim: Marat İskakov
(Hakimlər briqadası Qazaxıstandandı)
UEFA nümayəndəsi: Cem Cenk (Türkiyə)
Hakim-inspektor: İqor Satki (Moldova)